QHT Məktəbinin qış təlimlərinə qəbul başladı

12 2018 [17:39] - YouthPortal.Az

Keçmiş SSRİ ölkələri arasında ilk dəfə olaraq, 2002-ci ildə Azərbaycanda, Gənclər üçün Təhsil Mərkəzi tərəfindən yaradılmış “QHT Məktəbi” qış təlimlərinə qəbula başladı.

Təşkilatdan Youthportal- a bildirilib ki, məktəbin əsas məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadrlar hazırlamaq, eyni zamanda QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırmaqdır.

Bu günədək 1800-ə yaxın məzunu olan Məktəbdə iştirakçılara əsasən QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarəedilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili və s. mövzular tədris olunur.

Nəzəri və praktiki hissələrdən ibarət olan qış təlimləri 2 ay davam edəcək. Təlimlər tanınmış QHT mütəxəssisləri, habelə təcrübəli QHT rəhbərləri tərəfindən tədris olunacaqdır.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, ötən illərdə olduğu kimi, bu dəfə də təlimlərin iştirakçılarının əldə etdikləri biliklər xüsusi qaydalara uyğun qiymətləndiriləcək. Təlim proqramını uğurla başa vuran iştirakçılara Mərkəzinin diplomları təqdim ediləcək.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6
 

Bizə qoşulun