Şahmat idman üzrə rayon birinciliyi keçirilmişdir

12 2018 [17:36] - YouthPortal.Az

09-12 yanvar 2017-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində 20 Yanvar Şahmat idman üzrə rayon birinciliyi keçirilmişdirşəhidlərinin xatirəsinə həsr edilmiş 7 yaş qrupu arasında Şahmat idman üzrə rayon birinciliyi keçirilmişdir.
Youthportal. az xəbər verir ki, ilk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov idmançıları salamlayaraq Xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsi haqqında yarış iştirakçılarına ətraflı məlumat verdi. Yanvar faciəsinin 28 -ci ildönümünə həsr edilmiş yarışın keçirilməsində əsas məqsədin ölkəmizin azadlığı uğurunda canlarından keçən 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək və perspektivli şahmatçıları üzə çıxarmaq olduğunu qeyd edərək, yarış iştirakçılarına uğurlar arzuladı. Yarışlarda 120 nəfər iştirak edirdi.
Rayon birinciliyinin qalibləri və yarışlarda fərqlənmiş idmançılar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar ilə təltif edildilər.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4
 

Bizə qoşulun