İqtisadiyyat İnstitutunun professoru Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib

12 2018 [16:18] - YouthPortal.Az

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun sənaye siyasəti və investisiya problemləri şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru, professor Rauf Cəbiyev Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) müxbir üzvü seçilib.

AMEA-dan Youthportal- a bildirilib ki, R.Cəbiyev bu ada ötən il RTEA-nın həqiqi və müxbir üzvləri arasında aparılmış sorğunun nəticələrinə əsasən, habelə xaricdə nəşr olunmuş sanballı elmi tədqiqat əsərlərinə görə layiq görülüb. Alimə RTEA-nın müvafiq diplomu təqdim olunub.

Qeyd edək ki, R.Cəbiyev iqtisadiyyatın müxtəlif sahələrinə həsr olunan 380-dək elmi əsərin müəllifidir. Onun beynəlxalq reytinqli xarici jurnallarda 100-dən artıq elmi məqaləsi dərc edilib. Bundan əlavə, alim iqtisad elminin inkişafına verdiyi töhfələrə görə RTEA tərəfindən Əməkdar elm və təhsil xadimi fəxri adına da layiq görülüb.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6
 

Bizə qoşulun