Azərbaycan məktəbliləri üçün TOPs proqramının birinci yarım ilinə yekun vurulub

12 2018 [16:00] - YouthPortal.Az

TOPs proqramı fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması layihəsidir. Layihə Təhsil Nazirliyi, British Council təşkilatı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, İnkişaf Naminə İdman ictimai birliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

Youthportal. az xəbər verir ki, layihə orta ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimlərin TOPs metodologiyası ilə bilik və bacarıqlarının artırılması, həmçinin şagirdlərin sağlamlıqları möhkəmləndirilməklə psixoloji dayanıqlılığın gücləndirilməsi məqsədilə həyata keçirilir. Bu metodika fiziki tərbiyədə həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir. Cari tədris ilindən layihə Bakı, Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı və Qəbələ rayonlarını əhatə edir.

Böyük Britaniyanın Youth Sport Trust təşkilatının mütəxəssisləri tərəfindən hazırlanan və fiziki tərbiyə üzrə illik kurikuluma uyğunlaşdırılmış TOPs proqramı Azərbaycanda dördüncü mövsümdür ki, icra olunur. Cari tədris ilinin sentyabr-dekabr aylarında Youth Sport Trust və layihənin əsas icraçı tərəfdaşı olan İnkişaf Naminə İdman təşkilatının mütəxəssisləri tərəfindən TOPs proqramı üzrə təşkil edilən təlim kurslarına 300-dək fiziki tərbiyə müəllimi qatılıb. Bu tədris ilində təlim keçmiş müəllimlər 35 açıq dərs və beş idman festivalı təşkil ediblər. Layihənin 2018-ci ili əhatə edən ikinci mərhələsində əlavə olaraq 200-dək fiziki tərbiyə və ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulur. Yanvarda isə daha 50 açıq dərs və 25 idman festivalının keçirilməsi planlaşdırılır. Daha sonra TOPs layihəsinə qoşulan məktəblər arasında Ən yaxşı açıq dərs və Ən yaxşı idman festivalı nominasiyaları üzrə müsabiqə keçiriləcək.

Həmçinin ötən il BMT-nin Uşaq Fondunun (UNICEF) texniki dəstəyi ilə layihənin 2016-2017-ci tədris ilinin qiymətləndirilməsinə yekun vurulub. Kanadadan dəvət edilən beynəlxalq səviyyəli mütəxəssis Kolin Hiqs tərəfindən həyata keçirilən qiymətləndirmədə TOPs and qeyri-TOPs məktəblərindən 62 fiziki tərbiyə müəllimi, həmçinin 1.033 şagird iştirak edib.

2014 -2018-ci tədris illərini əhatə edən dövrdə TOPs layihəsindən ümumilikdə 150 orta ümumtəhsil məktəbi üzrə minədək müəllim və təkmilləşdirilmiş fiziki tərbiyə dərsləri, həmçinin məktəbdənkənar fəaliyyətlərdən iki yüz minədək şagird faydalanacaq.

TOPs proqramı dövlətimizin başçısının 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və təhsil nazirinin 2013-cü il 11 dekabr tarixli müvafiq əmrinə əsasən tərtib olunub.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4
 

Bizə qoşulun