Qadınlardan ibarət sablya üzrə milli komandanın üzvləri yanvarın 15-i ABŞ-a yollanacaq.
Youthportal. az xəbər verir ki, sablyaçılarımız 16 - 24 yanvar tarixlərində ABŞ-ın Nyu-Cersi şəhərində Fikrət Vəliyevin rəhbərliyi altında təlim-məşq toplanışında iştirak edəcək. Toplanış 26-28 yanvar tarixlərində ABŞ-ın Baltimor şəhərində təşkil olunacaq qadınların Dünya Kuboku seriyasından sayılan A kateqoriyalı turnirə hazırlıq xarakteri daşıyır. Yığma üzvləri həm fərdi, həm də komanda yarışlarında iştirak edəcəklər.