Antalyada Azərbaycanın futbol hakimləri üçün təlim-məşq toplanışı təşkil olunacaq

12 2018 [11:12] - YouthPortal.Az

Yanvarın 20-dən fevralın 3-dək Antalyada Azərbaycan futbol hakimləri üçün təlim-məşq toplanışı təşkil olunacaq.

Youthportal. az AFFA-nın saytına istinadən xəbər verir ki, hazırlıq prosesi Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun rəhbərliyi ilə keçiriləcək. Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynov təlimatçı, Namiq Quliyev isə məşqçi kimi fəaliyyət göstərəcək.

Toplanışda baş hakimlər Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev, Rauf Cabbarov, Rəvan Həmzəzadə, Ramil Diniyev, İnqilab Məmmədov, Orxan Məmmədov, Elvin Əsgərov, Nicat İsmayıllı, Rəşad Əhmədov, Nail Nağıyev, Xəlil Xəlilov, Vüqar Həsənli, Etibar Həsənov və 15 referi köməkçisi iştirak edəcək.



Materiallardan istifadə edərkən hiperlinklə

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4
 

Bizə qoşulun