Təmiz Şəhər ASC Keyfiyyəti İdarəetmə Sistemi üzrə ən yüksək standarta layiq görülüb

11 2018 [17:57] - YouthPortal.Az

“Təmiz Şəhər” ASC Britaniya Standartlar İnstitutu (BSİ) tərəfindən ISO 9001:2015 beynəlxalq sertifikatına layiq görülüb.

İdarədən Youthportal- a bildirilib ki, BSİ tərəfindən keçirilən auditlə Təmiz Şəhər ASC–nin bütün təsərrüfat sahələrində beynəlxalq standartlara uyğunluq qiymətləndirilib. Audit hesabatında Cəmiyyət rəhbərliyinin və mütəxəssislərin peşəkarlığı, işlərin beynəlxalq standartlara uyğunluğu və s. göstəricilər öz əksini tapıb. Qiymətləndirməyə əsasən, Britaniya Standartlar İnstitutu tərəfindən Cəmiyyət Bərk məişət tullantılarının idarəedilməsi fəaliyyəti üzrə ən yeni ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatına layiq görülüb.

Qeyd edək ki, Təmiz Şəhər ASC 2013-cü ildə ilk dəfə ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sisitemi, 2015-ci ildə isə ISO 14001:2004 Ətraf Mühiti İdarəetmə Sistemi və OHSAS 18001:2007 Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatlarına layiq görülüb və bu beynəlxalq standartlar hazırda da qüvvədədir.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4
 

Bizə qoşulun