Milli Kitabxana ilə Los-Anceles kitabxanası arasında əməkdaşlıq müzakirə edilib

11 января 2018 [17:33] - YouthPortal.Az

ABŞ-a səfəri çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Los-Anceles şəhər kitabxanasının direktoru Con Szabo ilə görüşüb.

Milli Kitabxanadan Youthportal- a bildirilib ki, görüş zamanı hər iki kitabxana arasında qarşılıqlı əməkdaşlığın yaradılması, birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Los-Anceles şəhər kitabxanaları şəbəkəsinin direktoru bu şəbəkəyə şəhər üzrə 73 kitabxananın daxil edildiyini və bu kitabxanaların ümumi fondunun altı milyondan artıq olduğunu söyləyib.

Kərim Tahirov Los-Anceles şəhər kitabxanasına Milli Ensiklopediyasının nəşr olunmuş cildlərini, rəhbərlik etdiyi kitabxana haqqında fotoalbom və ölkəmizə dair digər kitabları təqdim edib.

Con Szabo da öz növbəsində rəhbərlik etdiyi kitabxana haqqında nəfis şəkildə çap olunmuş kitabı Milli Kitabxananın direktoruna verib.

Kərim Tahirov Los-Anceles kitabxanasının direktorunu iki ildən bir Bakıda keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasına və gələcəkdə keçiriləcək digər beynəlxalq tədbirlərə dəvət edib.

 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6
 

Bizə qoşulun