Azərbaycan rəqqasları beynəlxalq müsabiqədə birinci yeri tutublar

11 2018 [16:40] - YouthPortal.Az

Moskvada Rojdestvenskiye zvyozdı (Milad ulduzları) adlı beynəlxalq festival-müsabiqə keçirilib. Azərbaycanı təmsil edən, 20 illik fasilədən sonra fəaliyyəti bərpa olunmuş Cücələrim uşaq ansamblı özünün əfsanəvi ustalığını bir daha təsdiq edib.

Youthportal. az xəbər verir ki, Jizn qorodov (Şəhərlərin həyatı) Festival Komitəsinin dəvəti ilə Azərbaycan Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin Cücələrim ansamblı Rusiyanın əsas Yeni il festivalında - yanvarın 5-dən 9-dək Moskvada, Kosmos Böyük Konsert Salonunda keçirilmiş Rojdestvenskiye zvyozdı-2018 XVII illik beynəlxalq uşaq yaradıcılıq forumunda və festival-müsabiqədə iştirak edib.

Müxtəlif ölkələri təmsil edən yaradıcılıq kollektivlərini birləşdirən bu möhtəşəm beynəlxalq tədbirdə Azərbaycan kollektivi Xoreoqrafiya milli rəqslər nominasiyasında çıxış edib və birinci yeri tutub. Müsabiqə üçün bəstəkar Tofiq Quliyevin Qaytağı süitası adlı musiqisi əsasında hazırlanmış kompozisiya təqdim edilib. Qaliblər festivalın müsabiqə diplomları və kubok ilə təltif edilib.

Azərbaycan Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin Cücələrim ansamblının direktoru Firuzə Sultanzadə təbrik nitqində deyib: Bu qələbəyə görə Cücələrim ansamblının üzvlərinə və pedaqoq-xoreoqraflarına ürəkdən təşəkkür edirəm. Bizim uşaqların müxtəlif festivallara tez-tez getmələri və həmin tədbirlərdə iştirak etmələri üçün nə mümkündürsə edəcəyik. Bizim gözəl və istedadlı gənclərimiz var.

Festival iştirakçıları üçün geniş mədəni proqram hazırlanıb. Onlar Kremldə Rusiyanın əsas yolkası ətrafında toplaşıb, Böyük Milad balında, sirkdə, Moskva zooparkında olub, Rusiya paytaxtının görməli yerlərinə tamaşa ediblər.

Nümayəndə heyəti Azərbaycanın Rusiyadakı səfirliyində də olublar. Səfirlikdə uşaqlar üçün xüsusi proqram hazırlanıb.

Festivalın təşkilatçısı Şəhərlərin həyatı festival komitəsi UNESCO-nun Gənc şəhərlərin mədəniyyəti beynəlxalq konfransının Moskva müdiriyyəti bazasında, Moskvanın mədəniyyət departamentinin və Moskva Həmkarlar İttifaqları Federasiyasının himayəsi altında keçirilib. Rojdestvenskiye zvyozdı festival-müsabiqəsinin məqsədi Rusiyanın müxtəlif şəhərlərindən və xarici ölkələrindən olan uşaqların yaradıcılıq nailiyyətlərinin mübadiləsinə, onların ünsiyyətinə kömək etmək və müvafiq janrda ən yaxşı kollektiv müsabiqəsində iştirakını təmin etməkdir. Festival çərçivəsində uşaqlar üçün Moskvada unudulmaz bayram təşkil olunur, incəsənətin müxtəlif janrlarının gözəlliyini və bənzərsizliyi nümayiş etdirilir, çoxmillətli Rusiyanın və xarici ölkələrin uşaqlarının yaradıcılığı ilə tanışlıq təmin olunur. Festival tədbirləri uşaq kollektivlərinin ifaçılıq mədəniyyətini və ustalığını artırmağa, uşaq yaradıcılığını inkişaf etdirməyə və onun təbliğinə, gənc istedadların yaradıcılıq imkanlarının dəstəklənməsinə və reallaşdırılmasına yönəlib. Builki festivalda 2500-dən çox iştirakçı akreditə edilib. Festivalın münsiflər heyətinə Böyük Teatrın aparıcı solistləri, tanınmış mədəniyyət xadimləri, Rusiya estrada ulduzları daxil idi.
Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6
 

Bizə qoşulun