Media nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində imtahanların gedişini izləyiblər

11 2018 [14:52] - YouthPortal.Az

Yanvarın 11-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2017-2018-ci tədris ilinin payız semestri imtahanlarının gedişini müşahidə etmək üçün mediatur təşkil edilib.

Youthportal. az xəbər verir ki, mediaturda universitetin rəhbərliyi, Milli Məclisin deputatları, ictimai təşkilatların nümayəndələri, təhsil ekspertləri və KİV-lərin təmsilçiləri iştirak ediblər. Mediatur təhsilin keyfiyyətinin artırılması və neqativ halların aradan qaldırılması, eləcə də imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçirilməsi barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə təşkil olunub.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqlara universitetdə aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında, imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verib. O, imtahanların şəffaf, normativ sənədlərə uyğun həm test üsulu ilə, həm də yazılı formada keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, universitetdə bütün məsələlər Elektron Universitet Portalı vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən dərhal sonra kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb. Yazılar şifrələnir, sonra yoxlanılır, həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri universitetin elektron portalında yerləşdirilir. Rektor qeyd edib ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apellyasiya Komissiyası yaradılıb. Qiymətləndirmədən narazı qalan tələbələrin Apellyasiya Komissiyasına müraciət etmələri üçün şərait təmin olunub. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir. G.Məmmədova universitetdə tələbələr üçün məsləhət saatlarının keçirildiyini də deyib.

Sonra iştirakçılar universitetin bir neçə auditoriyasına baş çəkib, imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər. Eyni zamanda, onlar memarlıq fakültəsində tələbələrin kurs işlərinin müdafiəsi prosesini izləyib, gənc memarların əl işlərindən ibarət sərgiyə baxıblar.

Monitorinq başa çatdıqdan sonra imtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6
 

Bizə qoşulun