UNEC-də müraciətləri İctimai Nəzarət Şurası dinləyəcək YENİLİK

11 2018 [14:26] - YouthPortal.Az

UNEC-də müraciətləri İctimai Nəzarət Şurası dinləyəcək.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Youthportal- a verilən məlumata görə, yanvarın 13-də UNEC-də Açıq qapı günü keçiriləcək.

UNEC-də qış imtahan sessiyası boyunca ənənəvi olaraq hər həftənin şənbə günü keçirilən Açıq qapı günündə universitet rəhbərliyi iştirak etməyəcək. İlk dəfə olaraq tələbə və valideynlərin müraciətini yalnız UNEC İctimai Nəzarət Şurası dinləyəcək. Şura üzvləri müraciətləri araşdıraraq, onların həlli istiqamətində universitet rəhbərliyi qarşısında məsələ qaldıracaqlar.

Bildirək ki, UNEC İctimai Nəzarət Şurasının üzvləri millət vəkili Hikmət Babaoğlu, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, XXI Əsr Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, Azərbaycan Milli İnkişaf layihəsi İctimai Birliyinin rəhbəri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm və Təhsil departamentinin direktoru Rauf Rəcəbov, Səs İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov, Parlament Jurnalistləri Birliyinin sədri, Modern Media Qrupunun baş direktoru Elşad Eyvazlı, Azad Müəllimlər İctimai Birliyinin sədri Məlahət Mürşüdlü və 525-ci qəzetin müxbiri Sevinc Qarayevadır.

Açıq qapı günündə iştirak etmək üçün 492 59 03 telefon nömrəsinə zəng edə bilərsiniz.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6
 

Bizə qoşulun