Rusiyalı politoloq Azərbaycan Dillər Universitetində ölkəsinin siyasi sistemindən danışıb

10 2018 [16:22] - YouthPortal.Az

Yanvarın 10-da Azərbaycan Dillər Universitetində (ADU) tanınmış rusiyalı politoloq, tarixçi-qafqazşünas Oleq Kuznetsovun iştirakı ilə Müasir Rusiyada prezident seçkiləri mövzusunda dəyirmi masa keçirilib.

ADU-dan Yothportal-a bildirilib ki, tədbirdə universitetin regionşünaslıq, fəlsəfə və ictimai elmlər, beynəlxalq münasibətlər kafedralarının müəllimləri, həmçinin elmi-tədqiqat laboratoriyalarının əməkdaşları iştirak ediblər.

O.Kuznetsov Rusiyada keçirilən prezident seçkilərində siyasi tendensiyalar, seçki prosesində istifadə olunan siyasi texnologiyaların səmərəliliyi, dövlət büdcəsinin idarə olunması, siyasi sistem haqqında tədbir iştirakçılarına məlumat verib. Politoloq, həmçinin müəyyən dövrlərdə seçkilər prosesində edilən dəyişiklik və islahatlardan, Rusiya cəmiyyəti və hakimiyyətinin qarşılıqlı münasibətlərindən söz açıb. Azərbaycan və Rusiyanın siyasi sistemləri arasındakı oxşarlıqlardan danışan O.Kuznetsov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini də bölüşüb.

Rusiyalı politoloqun ADU-nun rusiyaşünaslıq və multikulturalizm elmi-tədqiqat laboratoriyalarının əməkdaşları ilə görüşündə isə Xarici rusiyaşünaslığın aktual problemləri mövzusunda müzakirələr aparılıb.

Qeyd edək ki, O.Kuznetsov 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun fəxri professoru seçilib. O, elm və təhsilin inkişafına verdiyi töhfələrə, həmçinin elmi-texnoloji fəaliyyətinə görə bir çox ictimai mükafatlara layiq görülüb.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6
 

Bizə qoşulun