Badmintonçularımız İran Fəcr Beynəlxalq Çellenc turnirində iştirak edəcək

10 2018 [14:51] - YouthPortal.Az

Badmintonçularımız fevralın 5-dən 8-nə kimi İranın Zəncan şəhərində keçiriləcək “İran Fəcr Beynəlxalq Çellenc” turnirində iştirak edəcək.

Youthportal. az xəbər verir ki, komandamız turnirdə 5 badmintonçu ilə təmsil olunacaq. Orxan Qələndərov, Kənan Rzayev, Cahid Əlhəsənov, Səbuhi Hüseynov və Teymur Abbasov turnirin medalları uğrunda mübarizə aparacaq. Ümumi mükafat fondu 25 min ABŞ dolları təşkil edən yarış şəxsi xarakter daşıyır. Sayca 25-ci dəfə keçiriləcək turnirdə ümumilikdə 20 ölkənin təmsilçilərinin iştirakı gözlənilir. İran Fəcr Beynəlxalq Çellenc turniri Beynəlxalq Badminton

Federasiyasının mövcud qaydaları əsasında keçiriləcək.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6
 

Bizə qoşulun