Gənc Bələdçi Modeli adlı layihə yekunlaşdı

10 2018 [16:00] - YouthPortal.Az

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Bələdçi Modeli adlı layihəsinə yekun vurub. Layihənin əsas məqsədi gənc bələdçilərin turizmin inkişafında rolunun artırılması üçün onlara lazımı bacarıqları öyrətmək, xüsusi kurs və seminarlar vasitəsilə maarifləndirmək, tarixi və təbiət abidələrinə ekskursiyalar təşkil etməklə təcrübə qazandırmaq, turistlərlə ünsiyyət qaydalarını öyrətmək və yerli gənclərin bu sahədə sosial aktivliyini artırmaqdır.
Youthportal. az xəbər verir ki, layihənin icra planına əsasən birinci mərhələdə sosial media və universitetlərin tələbə gənclər təşkilatları vasitəsilə iştirakçı seçimi üçün elan paylaşılıb. Turizmə marağı olan, özünü bu istiqamətdə inkişaf etdirmək istəyən, ən azı 1 xarici dil bilən gənclər təşkilata müraciət edərək qeydiyyatdan keçiblər. 150 nəfərdən çox qeydiyyatdan keçmiş gənclərlə müsahibə aparılıb və ən yaxşı 20 gənc layihədə iştirak haqqı qazanıb.
Layihə çərçivəsində gənclər peşəkar ekspertlərin iştirakı ilə təlimlərdə iştirak edib, Bakı və ətraf kəndlərdə yerləşən muzey və tarixi abidələri ziyarət edib, müxtəlif səfirlikləri ziyarət edib Azərbaycana gələn turistlərin yerli mədəniyyətləri ilə tanış olub, Quba, Şamaxı, İsmayıllı, Qəbələ və Şəki istiqamətində səfərlərdə iştirak ediblər. Layihə çərçivəsində əldə edilmiş bilikləri möhkəmləndirmək üçün gənclər 4 komandaya bölündü və hər bir komandaya 1 istiqamət üzrə tur təşkil etmək tapşırığı verildi. Kənardan dəvət olunmuş ekspertlərin iştirakı ilə keçən turlar gənclər üçün böyük təcrübə oldu.
Layihəni uğurla bitirən gənclərə sertifikat verildi və hal-hazırda onların işlə təmin olunmasında köməklik göstərilir.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6
 

Bizə qoşulun