İctimaiyyətin nümayəndələri BSU-da imtahanların gedişini izləyiblər

10 2018 [13:47] - YouthPortal.Az

Yanvarın 10-da Bakı Slavyan Universitetində (BSU) qış imtahan sessiyası ilə bağlı açıq qapı günü keçirilib.

Youthportal. az xəbər verir ki, tədbirdə ölkəmizin təhsil ekspertləri, QHT təmsilçiləri, jurnalistlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilə görüşən BSU-nun rektoru, professor Nurlana Əliyeva sessiya ərəfəsində universitetdə görülən işlər, imtahanlara hazırlıq barədə məlumat verib. Rektor imtahan ərəfəsində hər bir kursun tələbələri ilə ayrı-ayrılıqda görüş keçirildiyini, onlara öz tövsiyələrini verdiyini, imtahanlarda biliyin yeganə meyar olmasının izah edildiyini bildirib. Vurğulanıb ki, imtahanlara hazırlıq üçün universitetdə lazımi şərait yaradılıb, məsləhət saatları keçirilib.

Sonra tədbir iştirakçıları imtahanların gedişini izləyib, auditoriyalardakı kameraların, ağıllı lövhələrin iş prinsipləri ilə tanış olublar.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6
 

Bizə qoşulun