Tariximizin dərin izləri layihəsinə yekun vurulmuşdur

9 2018 [18:32] - YouthPortal.Az

26, 27, 28 dekabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Gənclər Birliyinin təşkilati dəstəyi ilə “Tariximizin dərin izləri” adlı layihə reallaşdırılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olan Aynur Qasımzadə sözügedən layihənin gedişatında əsas məqsəd gənclərin tarixi biliklərin marifləndirilməsi yönündə həyata keçirilən dövlət siyasətinə gənclər olaraq dəstək vermək, bu istiqamətdə səmərəli fəaliyyətin təşkilində stimullaşdırıcı funksiya icra etmək və tariximizi dərindən bilmək, gələcək nəslə aşılamaq istiqamətlərində müstəqil tədqiqatların aparılmasına yardımçı olmaqdır.
Açılış mərasimində tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aynur Qasımzadə öz nitqində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirib, layihənin əsas məqsəd və hədəflərindən söz açıb. Şərqşünas Orxan Əlixanlının təqdimatında Azərbaycan ərazisində hökm sürmüş türk dövlətləri mövzusunda ilk təlim keçirilib.
Layihə çərçivəsində keçirilən növbəti təlimdə Azərbaycan Əmək və Sosial münasibətlər akademiyasının müəllimi Mahmud Mahmudov şanlı tariximiz olan Aprel döyüşləri-dən danışdı.
Sonuncu təlimdə isə Şərqşünas Oğuz Məmmədli təqdimatında Oğuz türklərinin Azərbaycan ərazisinə axını-ndan danışdı.
Tədbirin yekununda layihə iştirakçıları sertifikatla təltif olundular.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4
 

Bizə qoşulun