Fransanın Strasburq şəhərində Azərbaycanın Mədəni İrsi layihəsi keçirilmişdir

9 2018 [17:59] - YouthPortal.Az

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən elan olunmuş X qrant müsabiqəsində “Azərbaycanın Mədəni İrsi” adlı layihə 2017-ci il 30 noyabr-2dekabr tarinixdə Fransanın Strasburq şəhərində baş tutub. Layihə rəhbəri Zülfiyyə Yaqubova layihə haqqında məlumat verərək bildirib ki, layihə sərgi formatında olub. Youthportal. az xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan həqiqətlərini təbliğ etmək, Azərbaycanın quruluşundan, mədəniyyətindən, tarixindən və əldə etdiyi uğurlarından Fransada təhsil alan əcnəbi tələbələrə düzgün məlumat vermək və bilgiləndirməkdir.
Layihə müddətində iştirakçılara Azərbaycanın mədəniyyəti, tarixi, musiqisi, mətbəxi, ərazisi, əhlisi və.s haqqında məlumat verilib. Layihədə bir çox millətin nümayəndələri iştirak edib. Layihə əcnəbilər tərəfindən böyük maraqla qarşılanıb və tez-tez belə layihələrin baş tutmasını istəyiblər.
Sonda layihə rəhbəri Zülfiyyə Yaqubova tərəfindən iştirakçılara Azərbaycan bayrağı və serftikatlar təqdim olunb.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4
 

Bizə qoşulun