Dünya Azərbaycanlılarının Həmrəylik Günü Belarusda qeyd edilib

30 2017 [14:16] - YouthPortal.Az

Azərbaycanın Belarusdakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib.

Səfirlikdən Youthpotal- a bildiriblər ki, Belarus Azərbaycan İcmaları Konqresinin, Minskdə fəaliyyət göstərən “Qobustan” cəmiyyətinin üzvlərinin və Belarusda təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Prezident İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunub.

Sonra səfir Lətif Qəndilov çıxış edərək Azərbaycan xalqının milli oyanışında, dövlətçiliyimizin möhkəmləndirilməsində bu bayramın rolunun böyük olduğunu və ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş Azərbaycan məfkurəsinin formalaşdırılması və inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, xalqımız və dövlətimiz üçün məsul bir dövrdə, 1991-ci il dekabrın 16-da 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Bu bayram dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıları birləşdirmək, onlar arasında birlik və həmrəylik yaratmaq işində müstəsna əhəmiyyətə malikdir. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi artıq hər bir azərbaycanlı üçün mənəvi ehtiyaca çevrilib.

Səfir bildirib ki, bu gün Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş diaspor siyasətini uğurla davam etdirir. Keçən illər ərzində diaspor hərəkatına xüsusi diqqət yetirilib. Son 10 ildə keçirilmiş 3 qurultay azərbaycanlıların təşkilatlanmasında və bu fəaliyyətin səmərəliliyinin yüksəldilməsində əhəmiyyətli olub, antiazərbaycan siyasətinə qarşı çox güclü bir hərəkata çevrilib, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayıb. Bu gün dünya azərbaycanlıları iftixarla müstəqil dövlətlərinin olduğunu görür və qürur hissi keçirirlər. Biz hamımız fəxr edirik ki, özünün yüksəliş dövrünü yaşayan bir ölkənin övladlarıyıq.

Sonra diaspor üzvlərindən Məzahir Yusifov, Gülnarə İmanova və Baxşı Qənbərov çıxış edərək dövlətimizin uğurlarından qürur hissi keçirdiklərini söyləyərək, Prezident İlham Əliyevin Azərbaycan xalqının əsl lideri olduğunu bildiriblər.

Tədbir Azərbaycan musiqisinin sədaları altında bayram süfrəsi ətrafında davam etdirilib.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4
 

Bizə qoşulun