Bərdə şəhərində KÖLGƏ tamaşası baş tutacaq

29 2017 [15:31] - YouthPortal.Az

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə KÖLGƏ tamaşası Bərdə şəhərində həyata keçiriləcək. Youthportal. az xəbər verir ki, Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi olan Emiliya Bayramovanın layihəsinin əsas məqsədi məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsidir.
KÖLGƏ tamaşasının əsas məqsədi məişət zorakılığına qarşı mübarizə, bu haqqında ictimai fikirdə dəyişiklik yaratmaq, bu sahəyə ictimaiyyətin diqqətini cəlb etmək və cəmiyyətdə insanların bu problemi daha düzgün dərk eləməsinə nail olmaq, eyni zamanda da məişət zorakılığının qurbanı olan şəxslərin sosial müdafiəsi, eləcə də məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsidir.
Cəmiyyətin ictimai həyatında qadının mövqeyi uzun tarixi bir dövr keçərək formalaşmış və inkişaf etmişdir. Lakin bu inkişaf asan əldə olunmamış, qadınlar özlərini təsdiq etmək üçün bir sıra çətinlikləri aradan qaldırmaq uğrunda mübarizə aparmışlar. Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bu layihədə bizim əsas funksiyamız cəmiyyətə ailə, qadın və uşaq problemlərinin həllini göstərməkdir. 60 dəqiqəlik tamaşada müxtəlif fonlarda (kölgələrdə) və pantomima şəklində epizodlar nəzərdə tutulub.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6
 

Bizə qoşulun