Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu layihəsinin yekun tədbiri keçirilib

7 2017 [14:29] - YouthPortal.Az

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Sumqayıt Gənclər Evində “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsinin yekun tədbiri keçirilib.
Layihənin rəhbəri Samir Pənəliyev Azərbaycan gənclərinin cəmiyyətdəki rolundan danışıb. Qeyd edib ki, gənclər dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunur. S.Pənəliyev bildirib ki, Azərbaycanda gənclərin potensialının üzə çıxması üçün hər cür şərait var. Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu layihəsinin əsas məqsədi Bakı, Sumqayıt, Gəncə şəhəri və İsmayıllı rayonunda yaşayan 14-17 yaş arası yeniyetmələr və 18-29 yaş arası gənclər arasında Azərbaycan elmi və bədii ədəbiyyatı nümunələri əsasında oxu mədəniyyəti və vətənpərvərliyin təbliği ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmaq və bu sahədə təcrübənin inkişaf etdirmək, dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmağı yeniyetmə və gənclərimizə çatdırmaqdır.
Layihənin eksperti, Jurnalist Araşdırmalarının Mərkəzinin sədri Seymur Verdizadə gənclərin fərdi layihələrin icrasına marağının artmasını müsbət hal kimi qiymətləndirdi. Natiq bildirib ki, cəmiyyətdə gənclər arasında oxu mədəniyyətinin inkşaf edilməsi təhsil müəssisələri ilə yanaşı, həmçinin cəmiyyətin üzərinə mühüm vəzifələr düşür. Yeniyetmələrə, uşaqlara kitab sevgisi hələ erkən yaşlarınan aşılanmalıdır.
Sumqayıt şəhər Gənclər və idman idarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Pərvin Rəsulov Qonaqları salamlayaraq Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramınan danışaraq deyib: Yeni Dövlət Proqramının təsdiq olunması Prezident İlham Əliyevin Azərbaycanda gənclərin inkişafına, bu sahədə dövlət siyasətinə verdiyi önəmin göstəricisidir.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun