Həvəskar astronomlar üçün elmi-kütləvi seminar

6 2017 [20:21] - YouthPortal.Az

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurası, Tusi-Bohm Planetarium və “Astronomy Club”un birgə təşkilatçılığı ilə elmi-kütləvi seminar keçirilib.

Rəsədxanadan Youthportal -a bildiriblər ki, tədbirdə tələbələr və astronomiya klublarından olan 50-dək həvəskar astronom iştirak edib.

Park Bulvar AVM-də yerləşən Tusi-Bohm Planetariumunda reallaşan tədbirdə ölkəmizdə səfərdə olan Rusiyanın Ka-Dar Rəsədxanasının elmi işlər üzrə rəhbəri Stanislav Korotki məruzə ilə çıxış edib. Məruzəçi tədbir iştirakçılarına Ka-Dar Rəsədxanasının astronomik nailiyyətləri barədə məlumat verib.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4
 

Bizə qoşulun