Nə? Harada? Nə zaman? üzrə VI Azərbaycan Çempionatı keçirildi

6 2017 [17:42] - YouthPortal.Az

Azərbaycan İntellektual Oyunlar Federasiyasının təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə VI Azərbaycan Çempionatı təşkil olundu. Azərbaycan intellektual oyunlar hərəkatının peşəkarlarından ibarət 26 komanda ölkə çempionu adı uğrunda mübarizə apardı.

Təşkilatdan Youthportal- a bildirilib ki, Toğrul Qurbanov, Sadiq Yusifi və Tərlan Əsədlinin redaktorluğu ilə hazırlanan 60 sualdan ibarət olan çempionat gərgin mübarizə ilə yadda qaldı. Dörd turun yekununda Diplomat komandası rəqibləri qabaqlayaraq Azərbaycan çempionu adını qazandı. Vendetta komandası ikinci, Revolver komandası isə üçüncü yeri tutdu.

Qeyd edək ki, Nə? Harada? Nə zaman? üzrə VI Azərbaycan Çempionatının keçirilməsi ilə ölkədə 2017-cı ildə intellektual oyunlar mövsümünə son qoyuldu.

Qaliblər kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.










 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun