Sağlam ailə gələcəyin təminatıdır! adlı layihə yekunlaşdı

6 2017 [17:24] - YouthPortal.Az

30 noyabr 2017-ci il tarixində Bakı şəhərində “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sağlam ailə gələcəyin təminatıdır! adlı layihəni uğurla yekunlaşdırdı.
Tədbiri birliyin sədri Elçin Manafov açaraq iştirakçılara ictimai birlik, həyata keçirilən layihənin donoru və layihə barədə ətraflı məlumat verib. O bildirdi ki, layihə çərçivəsində İsmayıllı, Göyçay, Ağdaş, Yevlax, Qax şəhər/rayonlarında silsilə tədbirlər keçirilib və bu layihələr gənclər tərəfindən böyük rəğbətlə qarşılanımışdır.
Tədbirdə Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov, Kreativ Vətəndaş Cəmiyyəti İB-nin sədri Rəmzi Yusifov da gənclərə müvafiq olaraq öz tövsiyələrini verdilər.
Daha sonra təlimçi gənclərə ailə qurarkən nələrə üstünlük verməli olduqlarını, kiçik bir problemlərin böyüdülməməsini, keçimsizlik, məişət zorakılığına və erkən nikaha son verilməsi, ailə əxlaqının qorunmasını, ailə tərbiyəsinin, təhsilin və s. milli-mənəvi dəyərlərin qorunmasının üstünlüklərindən danışdı.
İştirakçılarını maraqlandıran suallar cavablandırılıb və sonda xatirə şəkilləri çəkdirilib.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun