Bakıda Şərq tərəfdaşlığı və Vişeqrad ölkələri gənclərinin II Beynəlxalq Gənclər Əməkdaşlıq Forumu keçirilir

6 декабря 2017 [15:14] - YouthPortal.Az

“Sağlam Düşüncə” Gənclər Təşkilatının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi, MeOur Assosasiyasının tərəfdaşlığı ilə Bakıda “Şərq tərəfdaşlığı və Vişeqrad 4-lüyü: İmkanlar və Perspektivlər” mövzusunda II Beynəlxalq Gənclər Əməkdaşlıq Forumu keçirilir. Şərqi Avropa ölkələrinin nümayəndələrinin Azəraycan rəsmilərinin iştirak və çıxışlar etiyi tədir 4 dekabr 2017-ci il tarixində start götürüb və 3 gün davam edəcək.
Açılış mərasimində Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi, Beynəlxalq Vişeqrad Fondunun nümayəndəsi İrena Krasniçka, Şərq tərəfdaşlığı (Azərbaycan, Gürcüstan, Belarusiya, Moldova, Ukrayna) və Vişeqrad 4-lüyü (Polşa, Çexiya, Slovakiya, Macarıstan) ölkələrinin Azərbaycandakı səfirliklərinin nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak ediblər. Onlar forumun ölkəmizdə keçirilməsinin vacibliyini vurğulayıblar və 2014-cü ildə keçirilən ilk forumun nəticəlrinin uğurlarına diqqət çəkiblər. Bundan əlavə, beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub, maliyyə imkanları və proqramlar haqqında gənclərə və gənclər təşkilatlarına təqdimatlar nümayiş etdirilib.
Forumun zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Stateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun aparıcı məsləhətçisi Afaq Nadirli Gənclər Fondunun fəaliyyəti, tədbirlər və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumatı forum iştirakçılarının nəzərinə çatdırmışdır.
Qeyd edək ki, Şərq Tərəfdaşlığı ölkələrinin layihələrinin maliyyələşdirmək təklifləri ilə çıxış edən Beynəlxalq Vişeqrad Fondu ikinci dəfə Bakıya Forum çərçivəsində dəvət edilib.




 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun