Gənclərin ekoloji təhsili adlı layihəyə start verilib

7 2017 [07:18] - YouthPortal.Az

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi Humay Cəfərovanın rəhbərliyi ilə “Gənclərin ekoloji təhsili” adlı layihə icra olunmağa başlayıb.
Layihə rəhbəri bildirib ki, ilk dəfədir, belə bir müsabiqədə gəlib layihəyə rəhbərlik edir: Layihənin məqsədi gənclərin ekoloji təhsilinin artırılmasına dəstək olmaqla cəmiyyətin diqqətini təmiz ekoloji mühitlə bağlı problemlərin həllinə yönəltməkdir. Müasir dövrün elmi mənzərəsinin dünyagörüşü və aspektləri ekoloji təhsilin inkişafından çox asılı olduğu səbəbindən bu mövzuya müraciət etmişəm. Hər bir problemin həllində maarifləndirmə işinin yüksək səviyyədə qurulmasının böyük önəm daşıdığını nəzərə alaraq, gənclərin ekoloji təhsilinin təbliğ olunması məqsədilə bu layihəni təklif etmişəm. Gənclərin ekoloji təhsili layihəsi çərçivəsində hədəfimiz həm də, ekoloji mədəniyyəti formalaşmış, sağlam ekoloji düşüncə prinsiplərinə yiyələnmiş, ətraf mühitdə baş verən təbiət hadisələrinin qarşılıqlı əlaqəsini dərk edən, öz ekoloji davranışına görə cəmiyyət qarşısında məsuliyyət hissinə malik olan gənclərin artmasına dəstək olmaqdır.


 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun