İsveçrəli rəssam Bakıda ustad dərsi keçəcək

7 2017 [08:46] - YouthPortal.Az

İsveçrənin Azərbaycandakı səfirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Arts Council Azerbaijannın təşkilatçılığı ilə dekabrın 9-dan 12-dək İçərişəhərdə yerləşən Art Tower rəsm qalereyasında H.E.Art layihəsi reallaşacaq. Layihə çərçivəsində sənətkarlar İsveçrə və onun təbiəti mövzusunda rəsm əsərləri yaradacaq.

İsveçrənin Azərbaycandakı səfirliyindən Youthportal- a bildirilib ki, H.E.Art layihəsi çərçivəsində dekabrın 9-10-da dünyada BustArt adı ilə tanınan isveçrəli rəssam Ştefan Buster və altı Azərbaycan rəssamının iştirakı ilə ustad dərsləri keçiriləcək. İki gün ərzində fırça ustaları neftdən istifadə etməklə əsərlər yaradacaq.

Tədbirdə müasir qrafit texnikasının öyrənilməsi ilə maraqlanan gənc rəssamlar və tələbələr iştirak edəcək.

Dekabrın 12-dən 2018-ci il yanvarın 10-dək İçərişəhərdə yerləşən Art Tower rəsm qalereyasında bu əsərlərin sərgisi təşkil olunacaq.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun