Azərbaycanın Rəssamlar İttifaqının rəhbəri Moskvada mükafatlandırılacaq

6 2017 [08:40] - YouthPortal.Az

Moskvada dekabrın 11-12-də MDB-nin yaradıcı və elmi ziyalılarının XII Forumu keçiriləcək.

Youthportal. az BELTA-ya istinadən xəbər verir ki, forumda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Rusiyanın nümayəndələri iştirak edəcəklər.

Tədbirin əsas mövzusu MDB-də ailə dəyərlərinin və ənənələrinin möhkəmləndirilməsində və dəstəklənməsində humanitar əməkdaşlığın roludur. Profil bölmələrdə peşəkar qarşılıqlı əməkdaşlığın müxtəlif aspektləri - təhsil və gənclər siyasəti sahəsində əməkdaşlıq, eləcə də MDB-də elan ediləcək Mədəniyyət ili üçün hazırlıq məsələləri nəzərdən keçiriləcək.

Forumda "Birliyin ulduzları" MDB dövlətlərarası mükafatının laureatlarının mükafatlandırma mərasimi keçiriləcək. Bu il Azərbaycandan mükafat Rəssamlar İttifaqının rəhbəri Fərhad Xəlilova təqdim olunacaq.

Forum MDB üzvü olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçiriləcək.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun