MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının XII Forumu keçiriləcək

6 2017 [07:13] - YouthPortal.Az

Dekabrın 11-də Moskvada MDB-nin iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyalılarının XII Forumu açılacaq. Forum çərçivəsində “Birlik Ulduzları” mükafatı laureatlarının təltif edilməsi mərasimi keçiriləcək. Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilov da təltif edilənlər sırasındadır.

MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) mətbuat xidmətindən Youthportal- a bildiriblər ki, Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Ermənistan və Rusiya nümayəndələri Forumda iştirak etmək üçün Moskvaya gələcəklər. RF Hökuməti sədrinin müavini Olqa Qolodets və RF Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy tədbirdə iştirak edəcəklər.

MDB-də ailə dəyərlərinin və ənənələrinin möhkəmlənməsində və dəstəklənməsində humanitar əməkdaşlığın rolu Forumun əsas mövzusu olacaq. Əlaqədar sessiyalarda peşə fəaliyyəti ilə bağlı qarşılıqlı əlaqələrin müxtəlif aspektləri, o cümlədən təhsil və gənclər siyasəti sahəsində əməkdaşlıq, habelə MDB məkanında qarşıdan gələn Mədəniyyət İlinə hazırlıq məsələləri nəzərdən keçirilib.

Forum MDB DHƏF-in dəstəyi ilə keçiriləcək.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun