Azərbaycan ifaçısı UNESCO-nun təşkilatçılığı ilə keçirilən festivalda birinci olub

5 2017 [17:47] - YouthPortal.Az

Moldovanın paytaxtı Kişineuda 18 ölkənin iştirakı və UNESCO-nun təşkilatçılığı ilə beynəlxalq mahnı, rəqs və model yarışı və istedadlı ulduzların festivalı keçirilib.

Azərbaycanın Moldovadakı səfirliyindən Youthportal- abildiriblər ki, festivalda ölkəmizi Hüseyn İmanov təmsil edib. O, Moldova Respublikasının məşhur bəstəkarı İon Aldea Teodoroviçin “Xalqın suverenliyi” ( ) mahnısını ifa edib və birinci yeri tutub.

Azərbaycan nümayəndəsinə dəstək məqsədilə, tədbirdə səfirliyimizin məsul əməkdaşları, həmçinin Moldovada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Eyni zamanda, təmsilçimiz Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov tərəfindən qəbul edilib. Görüş zamanı diplomat ifaçının tədbir təəssüratları ilə maraqlanıb və ona gələcək işlərində uğurlar arzulayıb. Öz növbəsində təmsilçimiz səfirə onu qəbul etdiyi, eləcə də tədbirdə səfirliyin onu dəstəklədiyi üçün öz minnətdarlığını bildirib.

Qeyd edək ki, həmyerlimiz Hüseyn İmanov 6 yaşından səhnədədir, Rusiyanın və beynəlxalq müsabiqələrin laureatıdır, o cümlədən Parisdə keçirilən "Sozvezdiye Artima" müsabiqəsində iştirak edib. H.İmanov Rusiyanın Gnesinıx adına Musiqi Kollecində təhsil alır, Kremlin hərbi orkestrinin ifaçısı olub, cavan ifaçı olmasına baxmayaraq Rusiyanın bir çox estrada ifaçıları ilə eyni səhnəni bölüşüb.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun