NARKOMANİYAYA YOX DEYƏK adlı teatr layihəsi keçirilib

5 2017 [16:34] - YouthPortal.Az

5 dekabr 2017-ci il tarixində Mədəniyyət və Turizm nazirliyi və yerli İcra hakimiyyətinin dəstəyi ilə Marat Haqverdiyevin “Məhəbbət və ag ölüm” adlı əsəri əsasında Biz narkomaniyaya yox deyirik adlı teatr layihəsi təqdim edilmişdir.

Təçkilatdan Youthportal- a bildirilib ki, layihə rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev olan tamaşa Cəfər Cabbarlı adına İrəvan dövlər dram teatrı tərəfindən Samux rayon Heydər Əliyev Mərkəzində həyata keçirilmişdir. Təqdim edirlən teatr tamaşasında 8 nəfər aktyor heyəti olmaqla, ümümilikdə 13 nəfər tamaşanın ərsəyə gəlməsində çalışmışdır.

Təşkil olunan teatr tamaşasını Samux rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin Samux Rayonu üzrə aparıcı məsləhətçisi Süleyman Əliyev, rayon İcra hakimiyyətinin nümayəndələri, gənclər, məktəblərin müəllim və şagird kontingenti izləib.

Qeyd edək ki, tamaşanın quruluşcu rejissoru Nicat Qərib, tərtibatçı rəssamı Vahid Mürsəliyev və musiqi tərtibatısı Çingiz Xəlilovdur. Təşkil olunan teatr tamaşasının aktyorları Əmrulla Nurəliyev, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Şəbnəm Cəbrayılova,Ceyhun Əliyev, Tural Xəlilovdur. Bununla yanaşı tamaşada əməkdar artist Vaqif Kərimov iştirak etmişdir.








 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun