İlin Könüllüsü 2017 mükafatına ərizə qəbulu başlandı!

5 2017 [16:13] - YouthPortal.Az

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “İlin Könüllüsü 2017” mükafatı üçün ərizə qəbulu artıq başladı. Mükafatın əsas məqsədi ölkədə könülllü gənclər arasında ən fəal, təcrübəli, işgüzar, bacarıqlı və çalışdığı komanda arasında fərqlənməyi bacaran gənclərin seçilməsi, mükafatlandırılması, həmçinin bu və müxtəlif vasitələrlə digər gənclərin könüllülük fəaliyyətinə cəlb olunmasına səfərbər olunmasıdır.

Təşkilatdan Youthportal- a bildiriblər ki, İlin Könüllüsü 2017 müsabiqəsində hər nominasiya üzrə I yerə layiq görülmüş şəxslər 1000 AZN məbləğində pul mükafatı, diplom və İlin könüllüsü yaxa nişanı ilə təltif olunacaq. Son mərhələyə keçən və digər yerlərə layiq görülən gənclərə diplom və hədiyyə paketləri təqdim olunacaq.

İlin Könüllüsü 2017 mükafatı 5 nominasiya üzrə fərqlənmiş gənclərə təqdim olunacaq. Bunlar Dövlət Qurumlarında könüllülük, Genişmiqyaslı Tədbirlərdə könüllülük, Qeyri-hökümət Təşkilatlarında könüllülük, Ekoloji könüllülük və Sosial könüllülükdür.

Mükafata namizədliyini irəli sürmək və layihə haqqında ətraflı məlumat almaq istəyən gənclər www.ilinkonullusu.az elektron portalına daxil ola bilər. Son müraciət tarixi: 5 yanvar 2018-ci il.

Müraciət etmək istəyən gənc könüllülərdən xüsusi ərizə formasını doldurmaq və Nəyə görə mən İlin Könüllüsü olmalıyam? sualını 2 dəqiqəlik video çəkərək cavablandırması tələb olunur. İlkin mərhələdən uğurla keçən gənclər ekspertlərin iştirakı ilə keçiriləcək müsahibə mərhələsinə dəvət alacaq.

Ərizə qəbulunun məhz bu gün elan olunması təsadüfi deyil. Belə ki, 1985-ci ildən 5 dekabr Beynəlxalq Könüllülər Günü kimi qeyd edilir. Könüllü fəaliyyət (könüllülük) – cəmiyyətdə sosial, mədəni, iqtisadi, ekoloji problemlərin həllinə yönəlmiş və gəlir əldə etmək məqsədi daşımayan ictimai faydalı fəaliyyətdir. Könüllü yaşından, cinsindən, irqindən və dini mənsubiyyətindən asılı olmayaraq könüllü fəaliyyəti ilə məşğul olan şəxsdir.

İlin Könüllüsü 2017 Azərbaycan Könüllülük Xidməti proqramı çərçivəsində həyata keçirilir. Azərbaycan Könüllülük Xidməti Avropa Könüllülük Xidmətinin (European Voluntary Service) Azərbaycan modelidir və Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü ildə yaradılıb. Proqramın məqsədi gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirməklə Azərbaycanda könüllülük fəlsəfəsinin inkişafına təkan vermək, qeyri-maddi motivasiya əsasında region gənclərinin könüllülük fəaliyyətinə cəlb edilməsi, regionlarda yerləşən Gənclər Evlərində Könüllülərin fəaliyyətlərinin genişləndirilməsidir.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun