Tələbələr arasında voleybol yarışlarının qalibləri məlum olub

5 2017 [15:42] - YouthPortal.Az

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında XIII Respublika Spartakiadası davam edir.

Youthportal. az xəbər verir ki, Spartakiadanın təqvim planına idmanın 6 növü - atletika, şahmat, dama, voleybol, basketbol və stolüstü tennis daxildir.

Voleybol üzrə yarışlar Azərbaycan Dənizçilik Kollecinin idman zalında keçirilib.

Qızların yarışında birinci yeri Azərbaycan Dövlət Pedaqoji Kollecinin kollektivi tutub. Bakı Rabitə və Nəqliyyat Kollecinin tələbələri ikinci, Bakı 2 nömrəli Baza Tibb Kollecinin yetirmələri isə üçüncü olublar.

Gərgin idman mübarizəsi şəraitində keçən oğlanların yarışında fəxri kürsünün ən yüksək pilləsinə Bakı Rabitə və Nəqliyyat Kollecinin komandası qalxıb. Gümüş medalla Azərbaycan Dənizçilik Kollecinin təmsilçiləri, bürünc mükafatla isə Bakı 2 nömrəli Baza Tibb Kollecinin tələbələri təltif olunublar.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun