Sumqayıtda Öz peşəni seç layihəsi icra edilir

5 2017 [16:00] - YouthPortal.Az

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Alidə İbrahimova “Öz peşəni seç” layihəsini icra edir.
Youthportal. az xəbər verir ki, layihə çərçivəsində Sumqayıt şəhər 4 saylı tam orta məktəbdə növbəti tədbir keçirilib.
Tədbirdə layihə rəhbəri Alidə İbrahimova çıxış edərək yeniyetmələri peşə seçimində diqqətli olmağa çağırıb. O bildirib ki, öz peşəsinin sahibi olmaq üçün gərək sevdiyin peşəni seçəsən. Özü saç və makiyaj ustası olan layihə rəhbəri sevdiyi peşəni seçməsindən məmnun olduğunu deyib. Layihə rəhbəri bu peşəyə yiyələnmək üçün kurslara getdiyini, imtahan verdiyini və hazırda seçdiyi peşədə həvəslə işlədiyini bildirib.
Layihənin eksperti Nurlan Cabbarov yeniyetmələrə peşə seçimində məsuliyyətli olmanın, seçdikləri peşənin onların gələcək həyatlarında vacib rolundan danışıb. N.Cabbarov günün tələbinə uyğun peşələr (PR meneceri, İT mütəxəssisi, turizm bələdçisi və s.) haqqında məlumat verərək hər bir peşənin özünəməxsusluğu və əhəmiyyətini qeyd edib.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun