Region gənclərinin turizmin inkişafına dəstəyi adlı layihənin təlimlərinə start verilib

5 2017 [17:25] - YouthPortal.Az

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi X qrant müsabiqəsinin qalibi olan “Region gənclərinin turizmin inkişafına dəstəyi” adlı layihənin təlimlərinə start verilib.Youthportal. az xəbər verir ki, Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsində baş tutan təlimi giriş sözü ilə açan layihə rəhbəri Firəngiz Telmanlı layihədə iştirak edən gənclərə turizmin inkişafı üçün şəhərimizdə mövcud olan imkanlardan, sosial-siyasi və iqtisadi təsirindən danışıb.
İlkin təlimdə gənclərə Mingəçevir şəhərində turizmi inkişaf etdirmək üçün lazimi istiqamətlər, eyni zamanda dünyada turizm sahəsi üzrə fəaliyyət göstərən saytlar və onların istifadə qaydaları haqqında geniş məlumat verilib. Daha sonra mövzularla bağlı təlim iştirakçıları arasında müzakirələr aparılıb, mövzuları əks etdirən video çarxlar nümayiş olunub, bu da gənclərin böyük marağına səbəb olub.
Layihəni uğurla başa vuran gənclər sonda diplomlarla təltif olunacaqlar.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun