Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turuna start veriləcək

5 2017 [15:23] - YouthPortal.Az

Dekabrın 5-də UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin sonuncu turuna start veriləcək.

Youthportal. az xəbər verir ki, bu gün “A”, B, C və D qruplarında mübarizəyə yekun vurulacaq.

C qrupunda yer alan Ağdamın Qarabağ komandası səfərdə İtaliyanın Roma klubunun qonağı olacaq. Bu oyunun nəticəsi ilk dəfə qatıldığı turnirin C qrupunda 2 xalla sonuncu sırada qərarlaşan Qarabağ komandasının mövqeyinə təsir göstərməyəcək. Roma klubu isə qrupdan çıxmaq üçün mütləq qələbə qazanmalıdır.

Bu qrupun digər oyununda Çelsi komandası Londonda Madridin Atletiko klubunu qəbul edəcək. Londonlular səkkizdəbir finala vəsiqəni artıq təmin ediblər. İspaniya təmsilçisi isə qrupdan çıxmaq şansını saxlamaq üçün mütləq qələbə qazanmalıdır. Lakin onların qrupdan çıxması Romanın Qarabağ ilə oyunda məğlub olması və ya heç-heçə etməsindən asılıdır. Buna isə ehtimal çox azdır.

Bu tur A qrupunda hər birinin aktivində 9 xal olan Bazel (İsveçrə) və MOİK (Rusiya) komandaları üçün həlledici əhəmiyyət daşıyır. MOİK səkkizdəbir finala vəsiqəni təmin edən Mançester Yunayted klubunun qonağı olacaq. Bazel isə səfərdə qrupun autsayderi Benfika (Portuqaliya) ilə qarşılaşacaq.

Günün ən maraqlı qarşılaşması B qrupunda yer alan Bavariya və PSJ komandaları arasında oynanılacaq. Parislilər 15 xalla qrupda birinci, münxenlilər 12 xalla ikinci sıradadırlar. Aktivində üç xalı olan Seltik (Şotlandiya) bütün görüşlərini məğlubiyyətlə başa vuran Anderlexti (Belçika) qəbul edəcək.

D qrupunun lideri Barselona doğma arenada – Nou Kampda Portuqaliyanın Sportinq klubu ilə üz-üzə gələcək. İtaliyanın Yuventus klubu isə səfərdə Yunanıstanın Olimpiakos komandasının qonağı olacaq. Bu qrupda Barselonanın 11, Yuventusun 8, Sportinqin 7, Olimpiakosun isə 1 xalı var.

Bütün görüşlər Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qrup mərhələsinə dekabrın 6-da yekun vurulacaq.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun