Azərbaycanın para-taekvando üzrə yığması Dünya Oyunlarının ilk günündə dörd medal qazanıb

5 2017 [13:27] - YouthPortal.Az

Portuqaliyada keçirilən IWAS versiyası üzrə fiziki məhdudiyyətli idmançıların Dünya Oyunlarında taekvando üzrə ilk yarış günü başa çatıb. Azərbaycanın milli yığma komandası yarışın birinci günü uğurlu çıxış edib.

Youthportal. az xəbər verir ki, kişi taekvandoçularımız bu yarışda bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb.

Millinin kapitanı Nicat Müslümov iki kateqoriya üzrə döyüşlərə qatılıb. O, 75 kiloqram çəki dərəcəsində (K42) qızıl medal, 43 kateqoriyalı idmançıların yarışında gümüş medal əldə edib. Eyni kateqoriyada digər idmançımız Xəzər Mirzəyev və 75-dən yuxarı çəki dərəcəsində Vüqar Adışirinov (K44) bürünc mükafata layiq görülüblər.

Dekabrın 6-da başa çatacaq oyunlarda ölkəmizı para-taekvando milli yığma komandanın 12 üzvü təmsil edir.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun