Bakıda Azərbaycanın gənc rəssamlarının sərgisi keçiriləcək

6 2017 [10:16] - YouthPortal.Az

Dekabrın 8-dən 28-dək Bakıdakı “Natəvan” qalereyasında Azərbaycanın gənc rəssamlarının qrup halında sərgisi keçiriləcək. Spektr adlı bu sərgidə Orxan Qarayev, Bəhruz Kəngərli, İmran Mehdiyev və Cavid İlhamın işləri nümayiş etdiriləcək.

Tədbirin təşkilatçıları Youthportal-a- bildiriblər ki, ekspozisiya tamaşaçılar üçün hər gün saat 11-dən 17-dək açıq olacaq.

Spektr termini - fizikadan fəlsəfəyə keçmiş anlayışdır. İnsanın dünyaya baxışını, onun ətraf aləmə münasibətini də spektr adlandırmaq olar. Hər kəs rəngləri və konturları özünəməxsus tərzdə görür, görmə vasitəsilə alınan informasiyanı başqalarından fərqli şəkildə qavrayır və gördüklərini özünəməxsus üsullarla əks etdirir. Orxan Qarayev, Bəhruz Kəngərli, İmran Mehdiyev və Cavid İlhamın bu sərgidə nümayiş etdirilən işləri bizim yaşadığımız mühitdə sınan şüanın müxtəlif spektrlərdir. Gənc rəssamların hər biri bizi əhatə edən dünyanı özünəməxsus tərzdə qavrayır. Hər rəssamın öz yaradıcılıq üslubu var. Onların işləri müəlliflərin daxili aləminin spektrini əks etdirir.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun