ASAN Könüllülərinin III Spartakiadası keçirilib

5 2017 [13:03] - YouthPortal.Az

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə Sağlamlıq Günü: ASAN Könüllülərinin III Spartakiadası layihəsi baş tutub.
Youthportal. az xəbər verir ki, paralel olaraq Qəbələ İdman olimpiya kompleksi və Qəbələ atıcılıq klubunda keçirilən yarışlarda ASAN xidmət mərkəzlərindən 11 komanda daxilində 55 könüllü iştirak edib.
Azərbaycan Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi Mahir Hətəmovun layihə rəhbəri olduğu Sağlamlıq Günü: ASAN Könüllülərinin III Spartakiadası layihəsi çərçivəsində təşkil olunan yarışda iştirakçılar atletika, velosiped yarışı, atıcılıq, üzgüçülük, qol gücü, kəndirdartma kimi idman növləri üzrə güclərini sınayıblar.
Spartakiadada 7 fərqli bölgədən olan gənclər komandalar və fərdi şəkildə iştirak edib.
Tədbirin sonunda ümumi idman növləri üzrə ən çox xal qazanaraq I, II, III yerləri tutmuş komanda üzvləri medallarla təltif olunub. ASAN Könüllülərinin III Spartakiadasının kuboku I yeri tutmuş 3 saylı ASAN xidmət mərkəzininin könüllülərdən ibarət komandasına təhvil verilib.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd gənclərimizə idmanı sevdirib, sadə fiziki məşqlərin gündəlik yerinə yetirilməsini aşılamaq, onları virtual aləmdən asılıqlarını olduqca minimallaşdırıb idman ətrafında cəmləşdirmək və nəhayət bu cür oyunları mütəmadi olaraq şəhər, region və ölkədaxili keçirməklə Azərbaycan Respublikasının gənclərini əhətə etməkdir.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun