Bakı Ali Neft Məktəbində Donor günü keçirildi

5 2017 [14:41] - YouthPortal.Az

Bakı Ali Neft Məktəbində (BANM) “Donor günü” adı altında növbəti xeyriyyə aksiyası - qanvermə aksiyası keçirilib. Aksiya Səhiyyə Nazirliyinin Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə SOCAR-in birgə təşəbbüsü əsasında baş tutub. Donor günündə BANM-in kollektivi könüllü olaraq bu humanist aksiyaya qoşulublar.

BANM- dən Youthportal- a bildirilib ki, aksiya Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar həkim briqadasının köməyi ilə bütün sanitar qaydaların tam təminatı şəraitində baş tutub.

Qeyd edək ki, BANM-də keçirilən aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən və davamlı olaraq qan köçürülməsinə ehtiyyacı olan uşaqlara dəstək olmaqdır. Şirkətin humanitar və sosial layihələri çərçivəsində həyata keçirilən qan verilməsi xeyriyyə aksiyası hər il SOCAR-in bütün müəssisələrində olduğu kimi BANM-də də davamlı keçirilir. Ali Məktəbin müəllim-professor heyəti və digər əməkdaşları bu tip aksiyalarda hər zaman fəal iştirak edirlər.




 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun