Hər vərəqi bir yarpağa dəyişək layihəsi çərçivəsində məktəblərarası yarış keçirilib

4 2017 [17:42] - YouthPortal.Az

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində (RUGİM) “Təhsildə keyfiyyət ili” çərçivəsində Məktəbdənkənar müəssisələrdə qabaqcıl metodiki və pedaqoji təcrübə mövzusunda təlim keçirilib. Ekologiya, turizm və diyarşünaslıq istiqamətlərində keçirilən maarifləndirici təlimə mərkəzdə fəaliyyət göstərən dərnəklərin rəhbərləri qatılıb.

Youthportal. az xəbər verir ki, RUGİM-in direktoru Firuzə Sultanzadə yeni tədris ili üçün proqram və layihələr, tərəfdaşlarla əməkdaşlığın inkişafı və birgə mühüm tədbirlərin həyata keçirilməsi haqqında məlumat verib, mərkəzin eksperti Stefanie Ettling müasir standartlara uyğun olan dərsin gedişi barədə metodiki tövsiyə ilə çıxış edib.

Təlimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya idarəsinin əməkdaşları da iştirak edib. Bildirilib ki, ölkənin təbii ehtiyatlarının davamlı istifadəsi və alternativ enerji mənbələrinin tətbiqi sahəsində gənc nəslin bilik və bacarıqlarının artırılması üçün müvafiq idarə ilə RUGİM arasında anlaşma memorandumu imzalanıb. Həmin sənədə əsasən, elmi-tədqiqat və ekoloji maarifləndirmə məqsədi ilə birgə seminar və konfransların, öyrədici proqramların, turların, ekskursiyaların, praktik məşğələlərin və digər layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Daha sonra təlimdə Yaşıl düşüncə-yaşıl davranış mövzusunda təqdimat edilib, Səmti Müəyyən Etmə İdman Federasiyası ilə RUGİM arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun