Məktəblərarası yarış keçirilib

4 2017 [20:33] - YouthPortal.Az

“Hər vərəqi bir yarpağa dəyişək” layihəsi çərçivəsində məktəblərarası yarış keçirilib.

Youthportal. az xəbər verir ki,Azərbaycan Respublikası Təhsil Nazirliyi, İDEA İctimai Birliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Kağız və Karton İstehsalat Kombinatının birgə həyata keçirdiyi layihənin əsas məqsədiekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdan ibarətdir.

Yarışın nəticəsinə əsasən, Bakı şəhəri 283 nömrəli tam orta məktəb 590 kq, 7 nömrəli tam orta məktəb 520 kq, 5 nömrəli tam orta məktəb isə 440 kq kağız tullantıları toplayıb. Bunun müqabilində məktəblərə A4 vərəq hədiyyə olunub.

Qalib gəlmiş 283 və 7 nömrəli məktəblərin şagirdlərinin Azərbaycan Kağız və Karton İstehsalat Kombinatına ekskursiyası nəzərdə tutulub. Ekskursiya zamanı şagirdlər Azərbaycan Kağız və Karton İstehsalat Kombinatında kağızın təkrar emalı prosesi ilə tanış olacaqlar.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun