Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası mövzusunda seminar keçirilib

4 2017 [20:04] - YouthPortal.Az

Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev irsi: elmi-praktik seminarlar” layihəsi çərçivəsində növbəti seminar dekabrın 4-də Masallı rayonunda keçirilib.

Mərkəzdən Youthportal- a verilən məlumata görə, budəfəki seminar Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası mövzusunu əhatə edib.

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Əkbərov 2014-cü ildən etibarən keçirilən elmi-praktik seminarlar layihəsi çərçivəsində bir sıra maraqlı mühazirələrin oxunduğunu, ölkəmizin tanınmış ziyalılarının, alimlərinin ümummilli lider Heydər Əliyevin zəngin fəaliyyəti haqqında danışaraq ictimaiyyəti, xüsusilə də gəncləri ulu öndərin xidmətləri haqqında yeni faktlarla tanış etdiklərini bildirib. Çox xoşdur ki, bizim bu layihə paytaxtımızdan kənarda, ilk dəfə olaraq Masallıda keçirilir. Heydər Əliyevin zəngin irsinin dərindən öyrənilməsi, qorunub saxlanılması, tədqiqi və hərtərəfli inkişaf etdirilməsi bölgələrdə fəaliyyət göstərən hər bir Heydər Əliyev Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil etməlidir və edir.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun