Azərbaycan Beynəlxalq Hərbi Tibb Komitəsinin tamhüquqlu üzvü seçilib

4 2017 [16:53] - YouthPortal.Az

Azərbaycan Hindistanın paytaxtı Nyu-Dehlidə keçirilən Beynəlxalq Hərbi Tibb Komitəsinin 42-ci Ümumdünya Konqresində bu komitənin tamhüquqlu üzvü seçilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Youthportal-a bildiriblər ki, nazirliyin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev Beynəlxalq Hərbi Tibb Komitəsində Azərbaycan Respublikasının milli nümayəndəliyinin rəhbəri təyin edilib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə və Böyük Britaniyadan olan həmkarları ilə görüşləri keçirilib. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1921-ci ildə Belçikada yaradılan Beynəlxalq Hərbi Tibb Komitəsi Cenevrə Konvensiyalarının prinsiplərini daha dolğun yerinə yetirmək və hərbi tibb sahəsində elmi məlumat mübadiləsini təmin etmək məqsədilə təsis olunub.

Hazırda 112 dövlətin üzv olduğu Beynəlxalq Hərbi Tibb Komitəsinin əsas vəzifəsi hərbi tibb sahəsində texnoloji və elmi təcrübə mübadilələrini təşviq etməkdir.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun