AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi dinləniləcək

4 2017 [16:08] - YouthPortal.Az

Dekabrın 6-da Parisdə Avropa Şurası Parlament Assambleyasının sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclası keçiriləcək. AŞPA-dakı nümayəndə heyətimizin üzvü, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iclasda iştirak edəcək.

Komitə iclasında azərbaycanlı deputatın “Silahlı münaqişələrin qurbanı olan uşaqların müdafiəsi” adlı məruzəsi müzakirə olunacaq. Məruzə ilə bağlı təşəbbüs payız sessiyasında irəli sürülüb və komitə üzvləri tərəfindən dəstəklənərək yüksək qiymətləndirilib.

Sevinc Fətəliyevanın hazırladığı məruzədə dünyada uşaqların valideyn himayəsindən məhrum olmalarının, zorakılığa məruz qalmalarının, əlil olmalarının yeni fəsadlar yaradacağı və gələcək üçün çox təhlükəli olduğu qeyd edilir. Məruzədə bütün ölkələr mövcud vəziyyətlə bağlı tədbirlər görməyə çağırılır.

İclasda, həmçinin komitənin fəaliyyəti və prioritetlərinə baxılacaq, yeni məruzəçilər təyin olunacaq.

AZƏRTAC



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun