III Uşaq Paralimpiya İdman Oyunlarında idmançılar 19 dəst medal uğrunda mübarizə aparacaqlar

5 2017 [07:02] - YouthPortal.Az

Dekabrın 11-də Sumqayıt Paralimpiya İdman Kompleksində UNICEF və “Azercell”in dəstəyi ilə III Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək.

Youthportal. az xəbər verir ki, səkkiz regiondan 110 sağlamlıq imkanları məhdud uşaqlar 7 idman növündə (boccia, cüdo, üzgüçülük, qolbol, masaüstü tennis, parataekvando və əlil arabasında idman rəqsi) 19 dəst medal uğrunda mübarizə aparacaqlar.

Yarışın açılış və bağlanış mərasimlərində musiqili əyləncəli proqram təşkil olunacaq.

Qeyd edək ki, 2013-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Komitənin yaradılmasında məqsəd ehtiyat idmançıların hazırlanması və sağlamlıq imkanları məhdud uşaqların idman vasitəsi ilə cəmiyyətə inteqrasiya olunmasıdır.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun