Yaponiyada sürücüsüz avtobusların sınaqlarına başlanıb

5 2017 [10:18] - YouthPortal.Az

Yaponiyanın Okinava prefekturasında süni naviqasiya peykləri vasitəsilə idarə olunan sürücüsüz avtobusların sınaqları kütləvi-informasiya vasitələrinin nümayəndələrinə təqdim edilib.

Bu proqramın həyata keçirilməsinə oktyabr ayında uzunluğu 20 kilometr olan ictimai təyinatlı yolda başlanıb.

ABŞ-a məxsus qlobal mövqe təyinetmə sistemi ilə əlaqələndirilən “Michibiki” süni peyki nəqliyyat vasitəsinin hərəkəti zamanı yol verilə biləcək yayınmaları 10 metrdən bir neçə santimetrədək azaltmağa imkan verir.

Yaponiya Nazirlər Kabineti həmin avtobuslardan 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı istifadə etməyi planlaşdırır.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun