Azərbaycan filmləri İpək Yolu beynəlxalq festivalında nümayiş olunub

1 2017 [17:52] - YouthPortal.Az

“Qırmızı bağ” və İçəri şəhər bədii filmləri Çində keçirilən 4-cü İpək Yolu beynəlxalq film festivalında nümayiş olunub.

Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında Youthportal- averilən məlumata görə, kinostudiya və Weit Media kino şirkətinin birgə istehsalı olan Qırmızı bağ filminin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssam Leonid Karpov, bəstəkar Salman Qəmbərov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.

Rollarda Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Badıyev və başqaları çəkiliblər.

Kinostudiyanın istehsalı olan İçəri şəhər filminin isə ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssam Bütünay Haqverdiyev, prodüseri Müşfiq Hətəmovdur. Rolları Təhminə Rafaella, Mehriban Zəki, Firdovsi Atakişiyev, Elmira Şabanova və başqaları canlandırıblar.

Filmi festivalda rejissor İlqar Safat və aktrisa Mehriban Zəki təmsil ediblər.

Qeyd edək ki, hər iki film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınıb



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun