Azad Rəhimov UNICEF-in regional direktoru Afşan Xan ilə görüşüb

22 2017 [16:14] - YouthPortal.Az

Noyabrın 22-də gənclər və idman naziri Azad Rəhimov BMT Uşaq Fondunun (UNICEF) Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru xanım Afşan Xan ilə görüşüb.
Gənclər və İdman Nazirliyində keçirilən görüşdə Azad Rəhimov qonağa Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən danışıb. Azərbaycanda əhalinin üçdəbirini təşkil edən gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayan nazir ölkəmizdə bu sahədə mühüm Dövlət proqramlarının qəbul edildiyini bildirib. Diqqətə çatdırıb ki, bu proqramlar gənclərin inkişafına, beynəlxalq əlaqələrinin genişləndirilməsinə və ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmələrinə əlverişli şərait yaradıb. Bu gün ölkəmizin bütün bölgələrində istifadəyə verilən Gənclər evləri də gənclərin inkişafında, onların bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır.
A.Rəhimov Gənclər evlərinin işinin daha da təkmilləşdirilməsi istiqamətində bir sıra layihələrin həyata keçirildiyini, həmin mərkəzlərdə gənclərin inkişafı üçün dərnəklərin, klubların fəaliyyət göstərdiyini, xarici dil, mədəniyyət, incəsənət, peşə ixtisasları və s. üzrə təlim və kursların təşkil edildiyini bildirib. Nazir UNESCO-nun gənclərlə iş sahəsində Azərbaycan ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb və buna görə minnətdarlığını çatdırıb.
Gənclər və idman naziri qonağa Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər barədə də məlumat verib. Bildirib ki, dünyada idman ölkəsi kimi tanınan Azərbaycan son iki ildə birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 və s. mötəbər yarışlara uğurla ev sahibliyi edib. Azərbaycan idmançıları mötəbər beynəlxalq turnirlərdə parlaq qələbələr qazanaraq ölkəmizi uğurla təmsil edirlər. İdmançılarımız Rio Olimpiadasında 18 medal qazanaraq bu göstərici üzrə Olimpiadada 14-cü olublar.
Son illər Azərbaycanda gənclər və idman sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayan xanım Afşan Xan ölkəmizin bu baxımdan dünyada seçildiyini bildirib. Qonaq Azərbaycanda Gənclər evlərinin fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini diqqətə çatdırıb, bunun yaxşı nümunə olduğunu bildirib. Qeyd edib ki, UNESCO Azərbaycanda gənclər sahəsində həyata keçirilən tədbirləri fəal dəstəkləyir və bu istiqamətdə əməkdaşlığın inkişafında maraqlıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun