Milli Şuranın sədri orden ilə təltif olunub (FOTO)

22 2017 [15:27] - YouthPortal.Az

Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov "XIX Ümumdünya Tələbə və Gənclər Festivalının hazırlanması və təşkilində fəal iştiraka görə" ordeni ilə təltif olunub.

Təşkilatdan Youthportal- a bildirilib ki, XIX Ümumdünya Tələbə və Gənclər Festivalı 185 ölkədən 30.000 gəncin iştirakı ilə 14-22 oktyabr tarixlərində baş tutub. Festivalın məqsədi gənclər arasında beynəlxalq əlaqələri və əməkdaşlığı inkişaf etdirmək, gənc nəslin aktual problemləri və qlobal çağırışlar barədə geniş müzakirələr aparmaq, ümumi baxışları formalaşdırmaqdır.

Tətifnamə Qazaxıstanın Astana şəhərində keçirilən MDB ölkələri Gənclərlə iş üzrə Şurasının növbəti iclasında baş tutub. İclasda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov və Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov iştirak edib. İclasda nümayəndələr on beş sual ilə tanış olublar. Xüsusilə, Qazaxıstan Respublikasının nümayəndələri öz ölkələrində dövlət gənclər siyasətinin həyata keçirilməsi barədə məlumat verib. Daha sonra 2016-2017-ci illər üzrə layihələrin hesabatı təqdim olunub və 2018-2020-ci il üzrə planın müzakirəsi aparılıb. Görüş zamanı həmçinin Rusiya Federasiyasının Soçi şəhərində keçirilən XIX Dünya Gənclər və Tələbə Festivalı nəticələri və MDB ölkələrin gənclər nümayəndə heyətlərinin iştirakçılığı ilə bağlı müzakirələr keçirilib.

Məlumat üçün bildirək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür. Bu günə qədər Milli Şuranın dəstəyi ilə gənclərin dünyanın 19 ölkəsinə səfəri təmin olunub və dünyanın 18 ölkəsi ilə ikitərəfli əməkdaşlıqlar qurulub. Milli Şura Avropa Şurasının gənclər proqramları vasitəsi ilə Avropanın 44 ölkəsi ilə əlaqələrin qurulmasına və Avropa Gənclər Forumu çərçivəsində 35 ölkə ilə əməkdaşlığa nail olub. Dünya Gənclər Asambleyası vasitəsi ilə dünyanın 90 ölkəsi ilə, "Pan-Afrika" Gənclər Birliyi vasitəsi ilə 48 ölkə ilə əlaqələr qurulub. BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik Milli Şura BMT-nin Gənclər Proqramları çərçivəsində isə 4 ölkə ilə əməkdaşlıq edir.






 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun