Basketbol idman növü üzrə rayon birinciliyi keçirilmişdir

14 2017 [19:42] - YouthPortal.Az

13-14 noyabr 2017 –ci il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən 2 saylı tam orta məktəbin idman zalında 17 Noyabr Milli Dirçəliş Gününə həsr edilmiş rayon ümumtəhsil şəhər məktəbləri arasında basketbol idman növü üzrə rayon birinciliyi keçirilmişdir. Oyundan öncə idmançıları salamlayan Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov çıxışında bildirdi ki, yarışın keçirilməsində əsas məqsəd rayonda basketbol idman növünü inkişaf etdirmək, 17 Noyabr Milli Dirçəliş gününü yad etməkdir. Rəis müavini iştirakçıları baketbolun tarixi ilə də yaxından tanış edib, onun Azərbaycanda inkişafı barədə danışdı. Püşkatma mərasimindən sonra komandalar mübarizəyə başladılar. Yarış Beynəlxalq Basketbol Federasiyasının yeni qaydaları əsasında keçirildi.
Yarışın sonunda qaliblər Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr ilə təltif edildilər. Yarışın nəticəsinə əsasən qaliblər aşağıdakı kimi müəyyənləşdi:

III yer şəhər 6 saylı tam orta məktəb
II yer şəhər 4 saylı tam orta məktəb
I yer şəhər 2 saylı tam orta məktəb

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun